Beyin silkələnməsi şübhəsi səbəbindən əlavə əvəzetmələrin İngiltərə Premyer Liqasında tətbiqi tarixi bəlli olub.

Apasport.az saytının məlumatına görə, yeniliyin XXIII turdan tətbiq olunması planlaşdırılır.

Bu turun qarşılaşmaları gələn həftə baş tutacaq. İngiltərə çempionatı bu addımı atan ilk liqa kimi tarixə düşəcək. Baxmayaraq ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) hələ bu yeniliklə bağlı yekun qərar verməyib.

Qeyd edək ki, yeniliyə əsasən hər komanda beyin silkələnməsi şübhəsi üzündən iki oyunçu dəyişikliyindən yararlana bilər.