Millimizin İlk üç oyununun vaxtı bəlli oldu

 Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yer aldığı Avropa çempionatının seçmə mərhələsinin F qrupunda ilk dövrənin oyunlarının vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, komandalar I dövrədə Gürcüstanda mübarizə aparacaq.

Yığmamız mayın 7-də ilk sınağına çıxacaq. Həmin gün voleybolçularımız Monteneqro ilə qarşılaşacaq.

Ertəsi gün komandamızın rəqibi meydan sahibləri ilə üz-üzə gələcək. Dövrənin son turunda rəqib Yunanıstan olacaq.

Qeyd edək ki, ikinci dövrə Monteneqroda təşkil olunacaq.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
I dövrə
I tur, 7 may

Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
II tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
III tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan



Post a Comment

0 Comments