İbrahimoviç və Lukakunun cəzası açıqlandı.

 “Milan”ın futbolçusu Zlatan İbrahimoviçlə “İnter”in forvardı Romelu Lukakunun cəzası bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya kubokunun görüşü zamanı arasında münaqişə olan futbolçular hərəyə bir matçlıq diskvalifikasiya edilib.

Milan derbisi zamanı bir-birini söyən hücumçuların cəzası kuboka tətbiq olunacaq. Lukaku “Yuventus”la yarımfinalın ilk matçını buraxacaq. İbrahimoviç isə “Milan”ın növbəti mövsümdəki ilk kubok görüşündən kənar qalacaq.




Post a Comment

0 Comments