İbrahimoviç və Lukaku arasında münaqişə

 İtaliya Kubokunun 1/4 final matçında "İnter"in futbolçusu Romelu Lukaku ilə "Milan"ın hücumçusu Zlatan İbrahimoviç arasında münaqişə baş verib.

"Report"un məlumatına görə, ilk yarının sonlarında "qara-qırmızılar"ın müdafiəçisi Alessio Romanyoli belçikalı forvarda qarşı kobudluq edib. Bundan narazı qalan Lukaku Romanyoli və İbrahimoviçlə mübahisəyə girib. Daha sonra mübahisə iki hücumçu arasında davam edib.

40 yaşlı forvard özündən 12 yaş kiçik oyunçunu təhqir edib və eyni tərzdə cavabını alıb. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyunu ilə əlaqədar ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

Qeyd edək ki, hesabı 31-ci dəqiqədə Zlatan İbrahimoviç açıb. 71-ci dəqiqədə Romelu Lukaku penaltidən bərabərlik qolunu vurub. 90+7-ci dəqiqədə isə "İnter"in futbolçusu Kristian Eriksen fərqlənərək, "İnter"ə 2:1 hesablı qələbə qazandırıb. Yarımfinalda rəqibi "Yuventus" - SPAL görüşünün qalibi olacaq.



Post a Comment

0 Comments