İbrahimoviç üzr istədi

 "Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya Kubokunun 1/4 final mərhələsinin "İnter"lə oyununda (1:2) etdiyi hərəkətdən peşman olub.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stefano Pioli "Football Italia" nəşrinə açıqlamasında deyib.

56 yaşlı mütəxəssis isveçli hücumçunun qırmızı vərəqə aldığı üçün kollektivdən üzr istədiyini bildirib: "Bu, dahi çempiona yaraşan hərəkətdir".

Qeyd edək ki, Zlatan İbrahimoviç "İnter"lə matçın ilk hissəsinin sonlarında rəqib komandanın forvardı Romelu Lukaku ilə münaqişəyə girib. Hər iki oyunçu bir-birilərini təhqir etdiyi üçün sarı vərəqə alıblar. İkinci yarıda növbəti dəfə cəzalandırılan İbrahimoviç meydandan qovulub.



Post a Comment

0 Comments