"Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton karyerası ilə bağlı əsas hədəfini açıqlayıb.
"Report" xəbər verir ki, "Mercedes"in 36 yaşlı pilotu "Sportweek" nəşrinə açıqlamasında 8-ci dəfə çempionluq qazanmaq istədiyini bildirib.
O, hazırda bu vəzifəyə kökləndiyini söyləyib: "8-ci titul inanılmaz olardı. Hətta bu rəqəmi çətinliklə tələffüz edirəm. Amma tamamilə həmin hədəfə fokuslanmışam. Lazımi dəstəyin olduğunu bilirəm".
0 Comments