Futbolçu evsiz insanlara qış geyimi payladı

 İtaliyanın “Napoli” klubunun müdafiəçisi Kalidu Kulibali örnək hərəkətlə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu xeyriyyəçilik işi ilə diqqət çəkib.

30 yaşlı mərkəz müdafiəçisi Neapol küçələrində avtomobili ilə gəzərək evsiz insanlara qış geyimi paylayarkən görüntülənib. Onun dəfələrlə xeyriyyəçilik tədbirlərində iştirak etdiyi bildirilir.

Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən “Napoli”nin formasını geyinir.




Post a Comment

0 Comments