Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özilin maaşını açıqlayıb.
"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub cari mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək.
Özilin məvacibini sabiq klubu "Arsenal" ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.
Qeyd edək ki, "Fənərbağça" Mesut Özilin imza mərasimini yanvarın 27-də təqdim edəcəyini açıqlayıb.