Barcelona bankrot ola bilər.

 İspaniyanın "Barselona" klubu bankrot ola bilər.

Klubun 1 milyard avrodan çox borcu var

"Report"un "El Mundo"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisinin 1 milyard 173 milyon avro borcu var. Borcun 730 milyon avrosu klubun qısa müddət ərzində hesablaşmalı olduğu öhdəliklərdir. Habelə, iyunun 30-dək bağlanılmalı olan 266 milyon avro bank borcu mövcuddur. Daha 90 milyon avronu isə "Barsa" dünyanın nəhəng investisiya banklarından olan "Goldman Sachs"a verməlidir.
Bundan başqa klubun gəlirlərinin 74 faizi əmək haqlarının ödənilməsinə gedir. Bu göstərici La Liqada qəbul olunmuş 70 faizlik limiti aşır. Cari maliyyə ilində xərclərin 796 milyon avro, gəlirlərin isə 828 milyon avro təşkil edəcəyi gözlənilir.



Post a Comment

0 Comments